pyc  |  aze
Xəbərlər-Azerbaycan
01:15
11/03/2010
 
Agentlik haqqında

«Xəbərlər-Azərbaycan» Beynəlxalq İnformasiya Agentliyi (BİA) Məçhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 13 sentryabr 2005 -ci ildə qeydiyyatdan keçib. Fəaliyyətinin məqsədi Azərbaycan barədə dünyada və dünya, regjion, MDB, Rusiyüa barədə obyektiv və operativ müstəqil informasiya mənbəyinin yaradlılması.

Bu informasiya agentliyinin yaratdığı meydan vasitəsilə Azərbaycan ölkədən və ölkə barədə informasiya çıxışının əhəmiyyətli dərəcədə genişləndirilməsi imkanı əldə edir. Bu da, sözsüz ki, dövlətin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasına xidmət edir. Bundan əlavə, RİA Novosti Rusiya Beynəlxalq İnformasiya Agentliyi ilə «Xəbərlər-Azərbaycan» BİA arasında bağlanmış sazişə əsasən, sonuncu «RİA Novosti»-nin məloumatlarını öz saytında yerləşdirməyə müstəsna hüquq əldə edir ki, bu da Azərbaycan istehlakçısının Rusiyadan, Rusiya və region barədə informasiya əldə etmək imkanını xeyli genişləndirir. «Xəbərlər-Azərbaycan» BİA-nin istiqamətlənəcəyi əsas meyarlar - operativlik, obyektivlik, fikir prülarizmi, peşəkarlıq, strukturun inkişafında innovativ yanaşmaların axtarışı, media və ekspert məkanında bir ölkə və ya region çərçivəsindən kənara çıxan tərəfdaş şəbəkəsinin yaradılmasıdır.

«Xəbərlər-Azərbaycan» BİA-nın ölkənin informasiya məkanına daxil olması ilə rus dili respublikada öz mövqelərini qorumaq və möhkəmləndirmək üçün ciddi baza qazanqmış olur. Elə həmin rus dilinin bazasında, Birliyin bir sıra ölkələrində fəaliyyət göstərən analoji strukturlarla birlikdə agentlik vahid informasiya məkanının formalaşmasında iştirak edir.

«Xəbərlər-Azərbaycan» BİA-nın planlarına həmçinin agentliyin əsasında Ekspert Şurasının yaradılması ilə öz analitik yükünü gücləndirmək də daxildir. Şuranın tərkibinə Azərbaycanın ekspert ictimaiyyətinin nüfuzlu nümayəndələrinin, o cümlədən ölkənin bir sıra dövlət strukturlarının rəsmi şəxslərinin dəvət olunması nəzərdə tutulur. Şura hakimiyyət və cəmiyyət arasında dialoqun qurulması üçün məkan ola bilər. Bu müasir reallıqda çox vacibdir, çünki demokratik institutların effektiv inkişafına etdirmək arzusunda olan ölkədə vətəndaş cəmiyyətinin rolunu artırır. Azərbaycan hakimiyyət nümayəndələri dəfələrlə bu istiqamətin vacibliyini qeyd ediblər.

Bakıda, «Xəbərlər-Azərbaycan» BİA-nın bazasında yaradılan informasiya məkanı MDB ölkələrinin qarşılıqlı əlaqəsinin böyük inteqrasiya sxeminin fəal həlqəsi ola bilər. Özü də təkcə informasiya sahəsində yox. O öz ətrafında vətəndaş cəmiyyətini, onun milli maraqlar və Azərbaycanın Rusiya və MDB ölkələrilə əməkdaşlığının genişləndirilməsi naminə öz intellektual resurslarını dövlət strukturlarının imkanları ilə birləşdirəcək təbəqəsini formalaşdırmaq üçün bütün əsaslara malikdir.