pyc  |  aze
Xəbərlər-Azerbaycan
14:52
8/09/2010
 
Ереван . Analitika
İrəvanda “Madrid prinsipləri” fəryadı
10:58|15/ 12/ 2009

BAKI, 15 dekabr – «Xəbərlər-Azərbaycan». “Madrid prinsipləri” Dağlıq Qarabağ münaqişəsinin həllinə yox, problemdə tənəzzülə səbəb olur”. Bunu “Daşnaksütyun” partiyası parlament fraksiyasının rəhbəri Vaan Ovannisyan deyib. Onun sözlərinə görə, bu prinsiplər Ermənistan üçün qəbuledilməzdir. Daşnaklar hesab edirlər ki, “Madrid prinsipləri” Dağlıq Qarabağ münaqişəsinin bütün səbəblərinin yox, yalnız nəticələrinin aradan qaldırılmasına yönəlib.

Vaan Ovannisyan deyib ki, “Madrid prinsipləri”ndə qaçqınlar və ərazilərdən söhbət açılır, beləliklə müharibənin yalnız nəticələri xatırladılır: “Amma “müharibədən nədən başladı” məsələsinə heç bir yerdə toxunulmur. Yəni, Dağlıq Qarabağın statusu məsələsi ikinci plana keçirilib”.

Daşnak deputat onu da qeyd edib ki, Dağlıq Qarabağda referendumun sənəddə göstərilən kimi keçirilməsi erməni tərəfinin maraqlarına cavab vermir. Çünki Azərbaycan yalnız azərbaycanlıların da iştirak etdiyi səsvermənin keçirilməsini istəyir.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri 2007-ci ilin noyabrında Madriddə Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının baza prinsiplərini təqdim ediblər.

www.anspress.com