BAKI, 22 dekabr - «Xəbərlər-Azərbaycan». Mətbuat Şurasının jurnalistlərin kütləvi etiraz aksiyalarının işıqlandırılması zamanı üzərində «Press» yazısı ilə işarələnmiş Sarı jiletlərlə geyindirilməsi barədə qərarı, əslində, jurnalistlərlə polislər arasında etimadın olmamasının və düşməncəsinə münasibətin əlamətidir. Belə bir açıqlama ilə «Gün səhər» qəzetinin baş redaktoru Arif Əliyev çıxış edib.
«Cəmiyyətdə hüquq-mühafizə orqanlarının işi barədə məlumatlandırmanın azlığı hiss olunur və bu, Daxili İşlər Nazirliyinin (DİN) ictimaiyyətinin tələbatı olan məlumatları jurnalistlərə verməməsi ilə bağlıdır», - deyə Əliyev bu gün «Media ilə polis arasında münasibətlərin inkişafı» adlı layihəsi çərçivəsində hər iki sənət sahiblərinin görüşündə bildirib.
Əliyevin fikrincə, DİN-ə Azərbaycan KİV-lərinin həmin strukturun fəaliyyəti barədə polisin açıq və operativ informasiyanı verməməsinə etiraz edən jurnalist təşkilatlarının təkliflərini nəzərdən keçirməlidirlər.
Baş redaktor ötən illəri yada salaraq, KİV-lərlə DİN arasında işin əvvəllər işgüzar xarakter daşıdığını və hər iki tərəfə üçün faydalı olduğunu bildirib.
O eyni zamanda etiraf edib ki, bir sıra hallarda jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olması da özünü büruzə verir, Belə ki, mitinqlərin işıqlandırılması zamanı jurnalistlər bəzən özləri də siyasi tərəflərin nümayəndəsinə çevrilirlər və beləliklə hüquq-mühafizə orqanları işçilərin n pressinqi altına düşürlər.

