BAKI, 30 sentyabr – «Xəbərlər-Azərbaycan». Cəlilabad rayonunun Badamağacı kəndində faciə baş verib. Sentyabrın 28-i axşam saatlarında rayon ərazisindən keçən 10 kilovoltluq elektrik xətti yağış yağması nəticəsində aşıb.
Bir neçə gün işıqsız qalan kənd sakinləri öz gücləri hesabına aşmış elektrik dirəklərini bərpa ediblər. Sonra məftilləri çəkərkən, onların tam bərkidilməsinə nail ola bilməyiblər. Məhz buna görə də məftillərdən biri yaxınlıqdan keçən telefon dirəyindəki kabelə bağlayıblar. Sonradan elektrik enerjisi kəndə verilərkən induksiya nəticəsində ərazidə yerləşən təxminən 30 evdə bütün telefonlar eyni vaxtda zəng çalmağa başlayıb.
Telefona cavab verənləri hamısını elektrik cərəyanı vurub. Nəticədə 2 nəfər yerindəcə ölüb. 18 yaşlı Orxan Hakim oğlu Bəbirov hadisə yerinə ölüb, 60 yaşlı Dilşad İnşallah qızı Teymurova isə cərəyan vurmadan 3-4 saat sonra dünyasını dəyişib. 12 nəfər müxtəlif dərəcəli yanıq yaraları alıblar. Hazırda xəstələrin vəziyyətinin stabil olduğu bildirilir.

