pyc  |  aze
Xəbərlər-Azerbaycan
16:52
10/09/2010
 
теракт. Hadisələr
Bağdadda baş vermiş iki partlayış nəticəsində 147 nəfər həlak olub
12:57|26/ 10/ 2009

BAKI, 26 oktyabr - "Xəbərlər-Azərbaycan". Ötən gün İraqın paytaxtı Bağdadda baş vermiş iki partlayış nəticəsində həlak olmuşların sayı 147-yə çatıb, 721 nəfər yaralı var. Bu barədə Assoşieyted Press agentliyi məlumat yayıb.

İraq dövlət televiziyasının məlumatlarına görə, partlayışlar Bağdad qubernatorunun dəftərxanası və Ədliyyə Nazirliyinin binası yaxınlığında törədilib. Partlayıcı qurğular binaların yaxınlığında dayanmış avtomobillərə quraşdırılıb.

Bombalar terrorçu-kamikadzelər tərəfindən işə salınıb, lakin hələ ki heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Frans Press agentliyinin məlumatına görə, ilk partlayış saat yerli vaxtla 09.30-da (Bakı vaxtı ilə 11.30), ikinci partlayış isə bundan bir neçə dəqiqə sonra törədilib.