pyc  |  aze
Xəbərlər-Azerbaycan
14:51
8/09/2010
 
Дмитрий Медведев. Münaqişələr və danışıqlar
İrəvan-Ankara yaxınlaşması heç kəsə qarşı deyil – Dmitri Medvedev
16:23|09/ 12/ 2009

BAKI, 9 noyabr – «Xəbərlər-Azərbaycan». "Rusiya, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını alqışlayır və hesab edir ki, bu ölkələr arasında diplomatik münasibətlərin bərpası tamamilə ədalətlidir". Bunu Rusiya prezidenti Dmitri Medvedev bu gün Moskvada Avropa və Asiya kütləvi informasiya vasitələri Forumu iştirakçılarının sualına cavab verərkən belə deyib.

Bununla yanaşı, Rusiya prezidenti bəyan edib ki, “digər ölkələr, əsasən də Ermənistan və Türkiyəyə həmsərhəd bütün ölkələr Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasının – kiməsə qarşı olmamasını başa düşməlidirlər”.

“Əgər bu mesaj düzgün formada düzəldilsə və yayılsa, bu prosesi diqqətlə izləyən digər ölkələr də gərgin olmaz”, - deyə Medvedev vurğulayıb.