pyc  |  aze
Xəbərlər-Azerbaycan
01:17
11/03/2010
 
Самолёт. İqtisadiyyat
Moskva-Lənkəran-Moskva aviareysi bu gün açılır
11:30|28/ 12/ 2009

BAKI, 28 dekabr – «Xəbərlər-Azərbaycan». Bu gün Moskva-Lənkəran-Moskva marşrutu üzrə yeni təyyarə reysi açılır. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bu istiqamətdə Rusiyanın “Vim-avia” şirkəti ilə danışıqları artıq başa çatıb.

“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi Məhərrəm Səfərli bildirib ki, aviareyslər Rusiya şirkətinə məxsus “Boeinq-757” təyyarələri ilə həyata keçiriləcək.

Moskva-Lənkəran-Moskva reysi ilkin mərhələdə həftədə bir dəfə nəzərdə tutulub. Gələn ilin mart ayından isə uçuşların sayı artırılaraq həftədə iki dəfə olacaq. Bir tərəfə uçuş biletinin qiyməti 182 manat təşkil edəcək.

www.anspress.com