pyc  |  aze
Xəbərlər-Azerbaycan
23:33
12/03/2010
 
Нефти-доллары. İqtisadiyyat
Prezident Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin icrası ilə bağlı Sərəncam imzalayıb
12:52|28/ 12/ 2009

BAKI, 28 dekabr – «Xəbərlər-Azərbaycan». Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na və Dövlət Neft Fondunun 2010-cu il büdcəsinə uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2010-cu ildə istifadə edilməsinin əsas istiqamətləri (proqramı)” təsdiq edilsin (əlavə olunur - Əlavə 1).

2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetası təsdiq edilsin (əlavə olunur – Əlavə 2).

3. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2009-cu il.

www.azertag.com