BAKI, 9 sentyabr - «Xəbərlər-Azərbaycan», Kamal Əli. Prezidentin «Təhsil haqqında qanunun» bəzi müddəalarını əqiqləşdirən Fərmanına uyğun olaraq, abituriyentlərin biliklərinin qiymətləndirilməsi və onların ali məktəblərə qəbulu funksiyaları tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə olunub. Beləliklə, prezident Azərbaycanda test sistemi ilə qəbul imtahanlarının keçirilməsinin tərəfdarları və əleyhdarları arasında uzun illər davam edən mübahisədə son nöqtəni qoydu. TQDK sədri Məleykə Abbaszadənin bununla əlaqədar «Xəbərlər-Azərbaycan»a eksklüziv müsahibəsi:
- Məgər bu fərman imzalanmamışdan əvvəl abituriyentlərin biliklərinin qiymətləndirilməsi və onların ali məktəblərə qəbulu ilə TQDK məşğul olmurdu?
- Məşğul olurdu. Lakin Milli Məclisdə «Təhsil haqqında qanunun» qəbul olunmasından sonra, bu Fərmana qədər mətndə «müvafiq icra hakimiyyəti orqanı» termininin məhz hansı dövlət orqanına aid olduğu məlum deyildi. Fərmanda isə göstərilir ki, həmin termin qəbul imtahanları və təhsillə bağlı digər proseduralarda TQDK-ya aid edilir. Fərmanda digər vacib məqamlar da vardır. Belə ki, prezident TQDK-ya «abituriyent-tələbə-məzun» vahid elektron sisteminin yaradılmasını və onun Azərbaycanda tətbiqini tapşırır. Bu sistemə ölkənin bütün ali məktəbləri qoşulmalıdırlar. Son zamanlaradək, TQDK iki ali məktəb üçün elektron İnternet-resurs yaradıb. Prezident isə həmin sistemin bütün ali məktəbləri əhatə etməsi vəzifəsini qarşıya qoyub. Bu sistemin pilot layihəsi artıq TQDK-da hazırlanıb, bu layihənin nəticələri məlumdur. Bu, TQDK-ya sistemi genişləndirməyə və ona təkcə ali təhsil müəssisələrini deyil, həmçinin orta ixtisas məktəblərini də birləşdirməyə imkan verir. Elektron sistem TQDK-ya tələbələrin yerdəyişməsini sərt qeydiyyatını aparmağa və buna nəzarət etməyə imkan verəcək. Bu verilənlər bazasında minlərlə insan haqqında məlumatlar yer alacaq. Bu sistem vasitəsilə biz mübahisəli məsələləri həll etmək funksiyaları ilə məşğul olmayaraq tələbələrin yerdəyişməsini qeydə alacağıq. Tələbələrin bir ali məktəbdən digərinə keçidi normativ sənədlər vasitəsilə tənzimlənəcək ki, bu sənədləri də ali təhsil müəssisələri və Təhsil nazirliyi üçün hazırlayacaq. Bu innovasiyanın aktuallığı onunla əlaqədardır ki, Azərbaycanın təhsil sistemi Bolonya prosesinə qoşulub. Bu sistemə görə, tələbələr kreditlər yığmaqla bir təhsil pilləsindən digərinə, bir ali məktəbdən digərinə keçmək hüququ əldə etməlidirlər. Bundan sonra biz bu prosesə nəzarət edə və tələbələrin yerdəyişməsini uçotunu apara biləcəyik.
- Fərman işıq üzü görməmişdən öncə, fənn olimpiadalarının qalibi olmuş məktəblilərin TQDK-nın keçirdiyi imtahandan kənar surətdə ali məktəbə qəbul olmaq hüququ alıb-almayacaqları məlum deyildi. Fərmanda bu barədə nə deyilir?
- Ali məktəbə qəbul zamanı nəticələri nəzərə alınmalı olan olimpiadaların siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən olunmalıdır. Bu, çox vacib məqamdır. Sözsüz ki, dünya səviyyəli fənn olimpiadalarının böyük əhəmiyyəti var. Regional müsabiqələr isə, məsələn türkdilli ölkələrdən olan uşaqlar üçün keçirilən yarışlar yüksək statusa iddialı ola bilməzlər və burada əldə olunmuş nəticələr qəbul imtahanlarından keçməmək hüququ verə bilməz. Biz hesab edirik ki, statuslu olimpiadaların qalibləri test imtahanlarından keçərək müsabiqəsiz qəbul olunacaqlar. Elə ola bilər ki, olimpiadanın keçirilmə vaxtı TQDK-nın test imtahanlarının vaxtı ilə üst-üstə düşə bilər, lakin bu məsələlər Nazirlər Kabinetinin təqdim edəcəyi sənəddə nəzərdə tutulacaq. Məktəb olimpiadaları və müsabiqələr barədə məlumatlar da yuxarıda qeyd etdiyim verilənlər bazasına daxil ediləcək.
- Gələcəyin aktyorları, rəssamları və müğənniləri imtahanları necə verəcəklər?
Bəzi ixtisaslar var ki, onlar kreativlik tələb edir. İdman ixtisaslarına yiyələnmək üçün müəyyən fiziki göstəricilərə malik olmaq lazımdır. Sözsüz ki, bu qrupa ad olan abituriyentlərin imtahanları subyekti aparılır. Bu qaçılmazdır. Düşünün, öz vaxtında Salvador Dali rəssamlıq diplomu almaq üçün imtahan versəydi, ondan yaşlı rəssamlar onu yəqin ki, «kəsərdilər». Bunları nəzərə alaraq, biz artıq üç ildir ki, abituriyentlərin yaradıcı və fiziki imkanların aşkara çıxarmaq üçün psixoloji testlər aparırıq. Bu imtahanların nəticələri bütün imtahanları əvəz etmir, ballarla ifadə olunmur, lakin abituriyentin müvafiq potensialının olub-olmamasını aşkara çıxarmağa imkan verir.
- Bəs semestr imtahanlarını götürən müəllimlərin subyektivliyinin qarşısını necə almaq olar? Bəlkə, TQDK bu imtahanları da öz öhdəsinə götürsün?
- Bizim bəzi ali məktəblərimizdə daxili imtahanlar test üsulu ilə, hətta elektron test üsulu ilə aparılır. Bilirsiniz, təkcə imtahanların qəbulu formasını dəyişməklə, təhsilin məzmununu dəyişmədən, onun metodlarını yeniləşdirmədən təhsil problemlərini həll etmək olmaz. Elə bir təhsil mühiti yaradılmalıdır ki, gənclər təhsil almaq istəsinlər. Tələbələr bilməlidirlər ki, öz elmi, əqli qabiliyyətləri hesabına həyatda uğur qazana bilərlər. Əgər sağlam təhsil mühiti olsa, o zaman imtahanların hansı formada keçirilməsinin əhəmiyyəti olmaz. Yox, əgər onlarda belə bir əminlik olmazsa, uşaqlar oxumayacaqlar.
- Bir sıra xadimlər ali məktəblərə qəbul məsələsini elə bilavasitə orta məktəblərdə həll olunması təklifi ilə çıxış ediblər. Azərbaycan məktəblərində Vahid Dövlət İmtahanları tətbiq olunacaqmı?
- TQDK ali məktəblərə qəbul imtahanlarını keçirir. Biz test imtahanları keçiririk ki, ali məktəblərdə oxumaq qabiliyyətində olanları aşkara çıxaraq. Orta məktəbdə keçirilən imtahanlar və qəbul imtahanları bir-birindən məzmunca fərqlənir. Əgər orta məktəblərdə buraxılış imtahanlarının metodoloji təkmilləşdirilməsinə ehtiyacı olarsa, biz məktəblərə yardım göstərə bilərik. VDİ Rusiyada keçirilir. Biz artıq başqasının, «böyük qardaşın»etdiyi paltarı əynimizə geyib yoxlamamağı öyrənməliyik. Allaha şükür olsun ki, artıq müstəqil dövlətik, 17 il ərzində qiymətləndirmə metodikası formalaşmış təhsil tariximiz var.

