BAKI, 14 dekabr – «Xəbərlər-Azərbaycan». Əli Seyidov, Vüsal Azayev. Azərbaycan Müəllimlər İnstitutu (AMİ) Mingəçevir filialının direktoru, fizika–riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayevin «Xəbərlər-Azərbaycan»a ekslüziv müsahibəsi
- AMİ-nin Mingəçevir filialı işini hansı istiqamətdə qurur?
- Öncə onu deyim ki, Azərbaycan təhsil sistemində aparılan uğurlu islahatlar pedaqoji təcrübəyə yeni yanaşma tələb edir. Azərbaycan müəllimlər İnstitutunun (AMİ) Mingəçevir filialı da işini müasir tələblərə uyğun qurmağa çalışır. Mən 2008-ci ilin avqust ayından Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialına direktor təyin edilmişəm. İşə başladığım ilk gündən məqsədim Azərbaycan dövlətçiliyinə xidmət, yurdumuzun gələcəyinə sahiblik edəcək gənclərin savadlı, müasir dünya elminin imkanlarına yiyələnən və bacarıqlı nəslin formalaşdırlması olub. Filialın professor-müəllim heyətinin fəaliyyətini Azərbaycan dövlətçiliyinin inkişafında gənclərimizin iştirakmı təmin etməyə, tələbələrə vətəndaşlıq, dövlətçilik hissələrinin aşılanmasına yönəltmək ali məqsədim olmuşdur. Tələbələrə xalqımızın tarixi və mədəni irsinin dərindən öyrədilməsi kollektivin hər bir üzvünün ümdə vəzifəsi olub.
Son iki il ərzində nəzərəçarpacaq işlər görülüb, struktur dəyişikliyi aparılıb, Təbiət elmləri və Xarici dillər kafedrası, Tədris-tələbə şöbəsi, İxtisasartırma və yenidənhazırlanma fakültəsi, Ümumi şöbə, Tələbə Elmi Cəmiyyəti yaradılıb. Filialın tədris, elm və inzibati bölməsi olan fakültələr eyni sahə və istiqamət daxilindəki bir və ya bir-birinə yaxın olan bir növ istiqamət üzrə bakalavr, ixtisasartırma və kadrların yenidən hazırlanması işini həyata keçirir. Hesabat dövründə filialda 3 fakültə - pedaqoji, ibtidai və məktəbəqədər təhsilin pedaqogikası və ixtisasartırma və yenidənhazırlanma fakültələri fəaliyyət göstərir.
Yenidənhazırlanma və ixtisasartırma təhsilinin təşkili ilə bağlı Yenidənhazırlanma və ixtisasartırma fakültəsi fəaliyyət göstərir. Filialın dislokasiyasına daxil olan - Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş rayonları üzrə ümumtəhsil fənn müəllimlərinin ixtisasartırma təhsilinə cəlb edilməsi və yenidənhazırlanma kurslarının təşkil bu fakültənin əməkdaşlarının işinin əsasmı təşkil edir. Filialımızın əsas fəaliyyət istiqamətlərindən biri ilkin kadr hazırlığıdır. 2008/2009-cu tədris ilində filiala 160 nəfər tələbə qəbul olmuşdur. “İngilis dili”, “Riyaziyyat və informatika”, “Riyaziyyat və fizika”, “Azərbaycan dili və ədəbiyyatı” ixtisaslarının hər birinə 27 tələbə; “İbtidai təhsilin pedaqogika və metodikası" ixtisası üzrə 52 tələbə qəbul olunub. Hesabat dövründə 178 nəfər filialı bitirib.
Qeyd edim ki, Filialın İngilis dili ixtisası üzrə bir tələbəmiz ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX) tərəfindən həyata keçirilən Qlobal Tələbə Mübadiləsi Proqramı üzrə müsabiqədə qalib gələrək 2009/2010-cu tədris ilində Amerika universitetlərindən birində təhsil almaq imkanı qazanıb.
- Ölkəmizin Bolonya sisteminə qoşulması sizin işinizdə nə kimi dəyişiklərə gətirdi?
- Ölkə başçısının təhsilə qayğısı, eləcə də 2005-ci ildə Aqiyə xanım Naxçıvanlının Azərbaycan Müəllimlər İnstitutunun rektoru təyin edilməsi fıliallarm fəaliyyətinə əsaslı təsir göstərib. Bunun nəticəsi olaraq bu gün Azərbaycan Müəllimlər İnstitutu respublikamızın ən nüfuzlu ali təhsil ocaqlarından birinə çevrilib.
Azərbaycan təhsil sisteminin Bolonya prosesinə qoşulması bizim qarşımızda yeni imkanlar açmaqla yanaşı, işimizdə daha məsuliyyətli olmağımızı tələb edir. Azərbaycan Müəllimlər İnstitutunun I kurs tələbələri 2008/2009-cu tədris ilindən Bolonya prosesinə qoşulub.
- Filialda hansı kafedralar fəaliyyət göstərir?
- Ali məktəblərin strukturunda mühüm funksiya yerinə yetirən kafedraların fəaliyyəti daim diqqət mərkəzindədir. Filialda 5 kafedra: Riyaziyyat və informatika kafedrası; Təbiət fənləri kafedrası; Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası; Xarici dillər kafedrası; Pedaqogika və ictimai fənlər kafedrası fəaliyyət göstərir. Bundan əlavə, filialda 3 kabinet: əlavə təhsilə metodik xidmət və dayaq məntəqələri ilə əlaqə kabineti; təhsildə innovasiyalar kabineti; kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabineti də fəaliyyət göstərir.
- Tələbələrinizin istehsalat təcrübəsi işi necə qurulur?
- Bildiyiniz kimi, pedaqoji təcrübəyə daha geniş diqqətin artırılması Bolonya prosesinin əsas tələblərindən biridir. Qəbul olunmuş tədris planlarında pedaqoji təcrübəyə ayrılan həftələrin sayının artırılması buna bir daha sübutdur. Təhsil nazirliyinin 26.04.2002-ci il tarixli 23 saylı əmrinə əsasən, filial və əhatə etdiyi Mingəçevir şəhər, Yevlax, Bərdə, Ağdaş, Göyçay, dayaq məntəqələri fəaliyyət göstərir.
Pedaqoji təcrübə pedaqoji kadr hazırlığı aparılan ali təhsil məktəbləri məzunlarının müəllim kimi formalaşmasında və metodik ustalıqlarının qazanılmasında başlıca təlim vasitəsidir. Nəzəri biliklərin praktikada tətbiqi öyrənilmiş biliklərin sınaqdan keçirilməsinə imkan verir. Pedaqoji təcrübənin uğuru tələbələrin məktəbə necə qəbulundan başlamaqla, həm də sinifdəki şagirdlərin hazırlıq səviyyəsindən, təcrübənin metodik və ixtisas hazırlığından, eləcə də onlara rəhbərlik edən metodist, pedaqoq, psixoloq və fənn müəllimlərinin əlbir işindən və düzgün seçilən məktəblə də bağlıdır.
Məktəblərin tutumu ilə orada praktikaya gedən tələbələrin sayı arasında xeyli fərq olur ki, bu da təcrübənin keyfiyyətinin aşağı düşməsinə təsir göstərir. AMİ Mingəçevir filialının rəhbərliyi tərəfindən pedaqoji təcrübəyə xüsusi diqqət yetirilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.05.2002-ci il tarixli 395 nömrəli əmri ilə təsdiq olunmuş "Ali və orta ixtisas məktəbləri tələbələrinin pedaqoji təcrübəsinin təşkili və keçirilməsinə dair müvəqqəti qaydalar yüksək səviyyədə icra olunur.
Təcrübəyə rəhbərlik yüksək ixtisaslı metodist-müəllimlər, pedaqoqlar, psixoloqlara tapşırılıb. Təcrübəçi tələbələr yeni təlim texnologiyalarından, müasir, o cümlədən fəal təlim metodlarından praktikada öyrənir və geniş istifadə edirlər.
- Filialın elmi-tədqiqat fəaliyyəti barədə nə deyə bilərsiniz?
- 2008/2009-cu tədris ilində filialda elmi-tədqiqat işləri geniş vüsət alıb. Ötən ilin noyabr ayında Mingəçevir şəhərinin 60 illiyi ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə elmi-praktik konfrans keçilib. Konfransda filial müəllimləri tərəfindən hazırlanan elmi məruzələr dinlənilib. Filialda tələbələr tərəfindən elmi tədqiqat və elmi-metodik işlərin yerinə yetirilməsinə də xüsusi diqqət yetirilib.
Belə ki, 04 may 2009-cu il tarixində Azərbaycan Müəllimlər İnstitutunun 80 illiyi münasibətilə tələbələrin 2008-ci ildə yerinə yetirdikləri elmi-tədqiqat və elmi metodik işlərin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçilib. 10 bölmədə 100-dən yuxarı məruzə dinlənilib. Əsas məqsəd istedadlı gəncləri aşkarlamaq, onlarda elmi-tədqiqat işlərinə marağı daha da artırmaq və tələbələrin elmi yaradıcılıq imkanlarmı istiqamətləndirmək olub.
İlk dəfə olaraq, AMİ Mingəçevir filialının təşəbbüsü ilə Mingəçevir şəhərində təhsil alan X-XI siniflərində oxuyan şagirdlərin bilik yarışması, olimpiada keçirilib. Eyni zamanda ali məktəb tələbələri arasında olimpiadanın ilkin mərhələsi keçirilmiş, respublika turuna vəsiqə alan tələbələr müəyyənləşdirilib.
Bundan əlavə, cari ilin aprel ayında ayrı-ayrı fənlər üzrə filial tələbələri arasında fənn olimpiadası təşkil olunub. Olimpiadanın nəticələri üzrə fənn komissiyalarının qərarına əsasən yüksək bilik nümayiş etdirən 11 tələbə I dərəcəli diploma, 9 nəfər tələbə II dərəcəli diploma, 10 nəfər tələbə III dərəcəli diploma layiq görülüblər.
Dövlətimizin bizə göstərdiyi sonsuz diqqət və qayğı sayəsində filialda professor-müəllim heyətinin fəaliyyəti və öz üzərində işləmələri, tələbələrimizin elmin sirlərinə dərindən yiyələnmələri, layiqli kadr və vətəndaşlar kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Ancaq bununla kifayətlənmək olmaz, elm və texnologiyalar durmadan inkişaf edir və biz bu inkişafla ayaqlaşmalıyıq. Çünki buna həm dövlətimizin iqtisadi durumu, həm də xalqımızın intellektual səviyyəsinin yüksəldilməsi üçün vacib şərtdir.
- Bəs institutun maddi-texniki bazası nə vəziyyətdədir?
- Tədris prosesinin səviyyəsini yüksəltmək məqsədi ilə kafedraların nəzdində müvafiq laboratoriyalar və fənn kabinetləri yaradılmışdır. Belə ki, Riyaziyyat və informatika kafedrasının nəzdində, informatika, təhsildə informasiya kommunikasiya texnologiyaları (İKT), Fizika, Musiqi laboratoriyaları, habelə Riyaziyyat və onun tədrisi metodikası, Əmək təlimi, Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası, Xarici dil və onun tədrisi metodikası, Pedaqogika və ictimai fənlərin tədrisi metodikası kabinetləri yaradılıb.
Məlum olduğu kimi, mədəni və elmi nailiyyətlərin qorunub saxlanılmasında və ötürülməsində kitab əvəzsiz vasitədir. Elektron informasiya vasitələrinin sürətlə inkişaf etdiyi bir dövrdə kitablar öz əhəmiyyətini itirməmiş, əksinə yeni məna çalarları qazanıb.
Belə ki, informasiya cəmiyyətində insanlar informasiyanı xüsusilə də onun yüksək forması olan biliklər kitabxanaların köməyi ilə almır, yadda saxlanılır və emal edilir. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, əbədi-bədii və elmi-fəlsəfi irsin toplanılıb saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mədəni potensialına artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır. Bu gün geniş kitabxana-informasiya şəbəkəsinə malik Azərbaycanda 12 mindən çox müxtəlif tipli kitabxana mövcuddur.
2008-ci ildə filialın başqa şöbələri kimi kitabxanada da çox təqdirəlayiq işlər görülüb. Kitabxananın fondu köhnəlmiş və məzmunca əhəmiyyətini itirmiş ədəbiyyatdan təmizlənmişdir. Kitabxananın kitab fondu - 21 000 ədəd təşkil edir. Bunlardan 3370 ədədi latın qrafikalı ədəbiyyat, 422 ədədi ingilis dilində olan ədəbiyyat, 16 800 ədədi isə kiril əlifbası ilə olan ədəbiyyatlardır.
Ümumilikdə, AMİ Mingəçevir filialının kitabxanasına 2008/2009-cu tədris ilində 730 ədəd kitab alını. Filialın kitabxanası tədris prosesinin təşkilində, yüksək ixtisaslı kadrların yetişdirilməsində müəllim kollektivinə yaxından köməklik göstərir. Eyni zamanda bəzi fənlərdə hiss edilən dərs vəsaiti çatışmazlığın aradan qaldırılması üçün real addımlar atılmaqdadır. Cari tədris ilində kitabxanaya 3 ədəd kompüter verilmiş və internet şəbəkəsinə qoşulmuşdur. Bu da tələbələrə internet vasitəsilə elektron kitabxanalara qoşulmaq imkanı verir . Tədbirlərin əsas məqsədi kitabxananın informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilmişdir.
Kredit sistemində təhsil alan I kurs tələbələri üçün mühazirə mətnləri kitabxanaya verilmiş və kompüterə köçürülmüşdür. Kitabxana yaz imtahan sessiyası müddətində fasiləsiz, şənbə və bazar günləri də işləmişdir. Tələbələrin imtahanlara daha yaxşı hazırlaşması üçün kitabxanada onlara hər cür şərait yaradılmışdır. Kitabxananın 50 nəfərlik geniş oxu zalı tələbələrin ixtiyarına verilmişdir. Filial rəhbərliyinin birbaşa təşəbbüsü ilə zənginləşən kitabxana fondu imtahanlardan qabaq və imtahanlar zamanı tələbələrin ixtiyarında olmuşdur.
- Kollektivinizdə səmimi əhali-ruhiyyənin yaradılması üçün hansı tədbirlər görürsünüz?
- Biz tələbələrin Azərbaycanın tarixi və görməli yerlərinə - Şəki, Gəncə, Qax, Zaqatala, Qəbələ və digər rayonlara ekskursiyalarını təşkil etmişik. Kollektiv üzvlərinin yubiley ad günlərinin yüksək səviyyədə keçirilməsi artıq ənənəyə çevrilmişdir. Belə ki, Təbiət kafedrasının dosenti, biologiya elmləri namizədi Qumru Yusif qızı İbrahimovanın 70 illik yubiley mərasimini xüsusi qeyd etmək yerinə düşərdi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə fərqləndiyinə görə "Döş nişanı" ilə təltif olunan yubilyar Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi və Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla, AMİ Mingəçevir filialı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Söz yoxdur ki, bu cür tədbirlərin keçirilməsi kollektivdə sağlam, işgüzar mühitin formalaşmasına gətirib çıxarır. Filialınızın əməkdaşları daim Mingəçevir şəhərinin ictimai həyatında yaxından iştirak edir. İstər bayram günlərində, istərsə də ümumşəhər iməciliklərində kollektivimiz hər bir üzvü fəallıq nümayiş etdirmiş və əsl vətəndaşlıq nümunəsi göstərmişlər.
- Filialın məişət vəziyyəti necədir?
- 2008/2009- cu tədris ilinin əvvəlində filialının hər iki korpusunun auditoriyaları təhsil ilinə hazırlıq vəziyyətinə gətirilib. Auditoriyaların işıq sistemində olan nasazlıqlar aradan qaldırılmış, stol və stullar rənglənmiş və s. cari təmir işləri aparılmışdır. Filialın 80 nəfərlik yeməkxanası əsaslı təmir olunub müəllim və tələbələrin istifadəsinə verilmişdir. İstilik sistemində aparılan təmir işləri nəticəsində hər iki korpusun istilik sistemi ilə təmin olunmasına nail olmuşuq. Bu da illərdən bəri mövcud olan istilik probleminin həll olunmasına imkan verib.
- Filial Mingəçevir şəhərinin ictimai həyatında hansı rolu oynayır?
2008/2009-cu tədris ili respublikamızın həyatında bir sıra ictimai-siyasi hadisələrlə zəngin olmuşdur. 15 oktyabr 2008-ci il tarixində keçirilən Azərbaycan Respublikası Prezident seçkiləri ölkəmizdə yüksək əhval-ruhiyyə yaratmışdır. Dövlət əhəmiyyətli bu tədbirdə filialın müəllim-tələbə kollektivi fəal iştirak etmiş və yekdilliklə İlham Əliyevin namizədliyini müdafiə etmişlər.
03 mart 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Mingəçevir şəhərinə tarixi səfəri yaddaşlarımızdan silinməyən ən mühüm hadisə olmuşdur. Dövlət başçısının şəhərimizə səfəri bizim qarşımızda daha məsul vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər üçün 18 mart 2009-cu il tarixində keçirilən Referendumda kollektivimiz yaxından iştirak edərək öz vətəndaşlıq borclarmı layiqincə yerinə yetirmişlər. Mingəçevir şəhərinin 60 illiyi ilə əlaqədar filialda tədbirlər planı hazırlanmış və silsilə tədbirlər həyata keçilmişdir. 03 noyabr 2008-ci il tarixində şəhərin 60 illiyi ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə keçirilən elmi-praktik konfrans bu tədbirlərin zirvəsində dayanır. Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı, idarə, müəssisə, ali və orta ixtisas məktəblərinin rəhbərləri iştirak edirdilər. Tədbirdə 60 illik münasibətilə filial əməkdaşları tərəfindən hazırlanmış, Mingəçevir -60 "Nur şəhəri" kitabının təqdimat mərasimi keçilmişdir.
Bundan əlavə, imtahan sessiyasında obyektivlik və şəffaflığı qorumaq məqsədilə həm birinci yarımildə, həm də ikinci yarımildə "Açıq Qapı-İnstitut Günü" keçirilmişdir. Əsas məqsəd imtahan sessiyası ərzində neqativ halların qarşısını almaq və ictimaiyyətlə əlaqələri genişləndirmək olmuşdur.

