BAKI, 25 dekabr – «Xəbərlər-Azərbaycan». Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanla bu ölkə arasında viza rejiminin ləğvi, ikitərəfli münasibətlərin inkişafı perspektivləri, regionda yaranmış vəziyyət və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcək.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, E.Məmmədyarov Ankarada səfərdədir.
XİN rəhbəri Türkiyəli həmkarı Əhməd Davudoğlu, baş nazir Rəcəb Tayyip Ərdoğan və Türkiyə prezidenti Abdulla Güllə görüşəcək. Görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə olunacaq.

