pyc  |  aze
Xəbərlər-Azerbaycan
18:25
10/09/2010
 
Араз Азимов. Dağlıq Qarabağ
Ermənistandakı prezident seçkilərinə qədər Praqa prosesində əsaslı dəyişikliklər gözləməyə dəyməz – Araz Əzimov
15:44|19/ 09/ 2007

BAKI, 19 sentyabr – «Xəbərlər-Azərbaycan», Rasim Babayev. 2008-ci ildə Ermənistanda keçiriləcək prezident seçkilərinə qədər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Praqa danışıqlar prosesində əsaslı dəyişikliklər gözləməyə dəyməz. Bu barədə çərşənbə günü mətbuat konfransında xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib.

 

«Ermənistan rəhbərliyi üzərinə məsuliyyət götürmək istəmir və süni surətdə prosesi uzadır. Ermənistandakı prezident seçkilərinə az müddət qalıb. Ümid etmək istərdik ki, qonşu dövlətin yeni rəhbərliyi İrəvanın Qarabağ məsələsindəki xarici siyasət kursunu dəyişəcək. Erməni dövlətinin gələcək rəhbərləri artıq bu gün danışıqlar dövründə əldə olunmuş təcrübəni öyrənməlidirlər ki, hazırkı rəhbərliyin səhvlərini təkrar etməsinlər»- deyə, diplomat bildirib.