BAKI, 8 oktyabr – «Xəbərlər-Azərbaycan». Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 7-də saat 21.25-dən 21.40-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, oktyabrın 8-də saat 01.05-dən 01.10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

