pyc  |  aze
Xəbərlər-Azerbaycan
14:47
8/09/2010
 
Военные. Dağlıq Qarabağ
Ermənilər Ağdamda hərbi təlimlərə başlayıblar
13:32|09/ 10/ 2009

BAKI, 9 oktyabr – «Xəbərlər-Azərbaycan». Bu gün saat 10.30-dan başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam rayonunun işğal altındakı Uzundərə adlanan ərazisində hərbi təlimlərə başlayıblar. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, təlim zamanı ağır artilleriyadan istifadə olunur. Tank, top və qrad qurğularından Şahbulaq yüksəkliyinin ətəklərindəki hədəflərə doğru atəş açılır. Atəş səsləri Ağdamın cəbhə xəttindəki bütün yaşayış məntəqələrində aydın eşidilir. Təlimlər bu dəqiqələrdə də davam edir.

www.anspress.com