BAKI, 9 oktyabr – «Xəbərlər-Azərbaycan». ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 12-də Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçisi İrji Aberle və Piter Ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri, polkovnik-leytenant İmre Palatinus, Jaslan Nurtazin və Vladimir Çontulov keçirəcəklər.

