pyc  |  aze
Xəbərlər-Azerbaycan
17:52
10/09/2010
 
вооруженные силы. şəkil: © ramin. Dağlıq Qarabağ
1994-cü ildən qüvvədə olan «atəşkəs» rejimi yenidən pozulub
11:18|28/ 10/ 2009

BAKI, 28 oktyabr – «Xəbərlər-Azərbaycan». Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 27-də saat 20.00-dan 20.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.40-dan 21.00-dək və 22.30-dan 22.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.40-dan 23.50-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, oktyabrın 28-də saat 02.25-dən 02.52-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.