pyc  |  aze
Xəbərlər-Azerbaycan
18:46
10/09/2010
 
Карабах. Dağlıq Qarabağ
Atəşkəs rejimi dörd istiqamətdə pozulub
10:14|07/ 12/ 2009

BAKI, 7 dekabr – «Xəbərlər-Azərbaycan». Ermənistanla Azərbaycan arasında elan olunmamış müharibə davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 6-da saat 15.40-dan 16.00-dək, Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.10-dan 16.20-dək, 22.05-dən 22.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.10-dan 17.25-dək və dekabrın 7-də saat 04.20-dən 04.30-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.30-dan 00.45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub. İtki yoxdur.