pyc  |  aze
Xəbərlər-Azerbaycan
17:30
10/09/2010
 
Ильхам Алиев. Azərbaycan xəbərləri
İlham Əliyev musiqiçilərin, rabitəçilərin və neftçi alimin mükafatlandırılması barədə sərəncam imzalayıb
10:35|15/ 12/ 2009

BAKI, 15 dekabr – «Xəbərlər-Azərbaycan». Prezident İlham Əliyev rabitə və informasiya texnologiyaları sahəsində çalışan bəzi şəxsləri mükafatlandırıb. AzərTac-ın məlumatına görə, dövlət başçısının dekabrın 14-də imzaladığı sərəncamla bir nəfər “Əməkdar elm xadimi”, dörd nəfər “Əməkdar müəllim”, on dörd nəfər “Əməkdar mühəndis” fəxri adı ilə təltif olunub.

Prezident iki nəfərə “Şöhrət” ordeni, dörd nəfərə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, otuz bir nəfərə “Tərəqqi” medalı verib. Başqa bir sərəncamla rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə Xeybər Sadəddin oğlu Səmədova prezident təqaüdü kəsilib.

İlham Əliyev musiqi sahəsində xüsusi istedadı olan üç şəxsə - Bakı Xoreoqrafiya Məktəbinin şagird və tələbələri Eyvazova Ayan Fuad qızı, Quliyeva Çinarə Əhməd qızı, Nəcəfova Pərvin Fərhad qızına prezidentin xüsusi aylıq təqaüdünün verilməsini nəzərdə tutan sərəncama da qol çəkib. Bakı Xoreoqrafiya Məktəbinin bir əməkdaşı “Şöhrət” ordeni ilə, iki əməkdaşı “Tərəqqi” medalı ilə təltif ediliblər. Bu məktəbin iki müəllimi “Əməkdar müəllim” fəxri adı alıb.

Dövlət başçısının sərəncamı ilə neft sənayesinin və elmin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Bağı oğlu Yusifzadə “Şərəf” ordeni ilə təltif edilib.