pyc  |  aze
Xəbərlər-Azerbaycan
17:51
10/09/2010
 
метро. Cəmiyyət
Metroda gediş haqqı qaldırılmayacaq – Tağı Əhmədov
17:01|07/ 09/ 2007

BAKI, 7 sentyabr - «Xəbərlər - Azərbaycan», Mürtəza Bünyadlı. Metroda gediş haqqı qaldırılmayacaq. Belə bir açıqlama ilə «Xəbərlər-Azərbaycan»a müsahibəsində Bakı Metropoliteni idarəsinin rəisi Tağı Əhmədov çıxış edib.

 

«Bir sərnişinin daşınması metropolitenə 62 qəpiyə başa gəlməsinə baxmayaraq, biz gediş haqqını artırmayacağıq»- deyə, o qeyd edib.

 

Əhmədov onu da bildirib ki, dövlət tərəfindən dotasiya ayrıldıqdan sonra bir sərnişinin daşınması metropolitenə 37 qəpiyə başa gəlir.