pyc  |  aze
Xəbərlər-Azerbaycan
17:47
10/09/2010
 
Cəmiyyət
Lökbatanda tikilən bazar ekoloji fəlakətə səbəb ola bilər
18:48|11/ 09/ 2007

BAKI, 11 sentyabr - "Xəbərlər-Azərbaycan", Kamal Əli. Lökbatan qəsəbəsində qurudulmuş Qırmızı gölün yerində bazarın tikintisini təcili olaraq dayandırmaq lazımdır. Belə bir bəyanatla bü gün jurnalistlər qarşısında “İstehlakçı istintaqları mərkəzi”nin diektoru Şakir Ağayev çıxış edib.

 

«Burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Səhiyyə Nazirliyinin nümayəndəlrindən ibarət birgə komissiya kompleks tədqiqatlar aparmalıdır. Əgər bazar fəaliyyətə başlasa, oradakı satıcılar və alıcılar ağır xəstəliklərə düçar ola bilərlər»- deyə, mərkəzin direktoru bildirib.

 

Onun sözlərinə görə, Qafqazda ən iri olan Binə ticarət mərkəzinin Lökbatana köçürülməsi humanitar böhrana səbəb ola bilər.

 

“Məsələ bundadır ki, digər Abşeron gölləri kimi Qırmızı göl də neft tullantıları və zibillə çirklənib. ETSN-in apardığı əvvəlki tədqiqatların nəticəsi göstərib ki, Abşeron göllərində radiasiya fonu yüksəkdir. Bu göllərin qum və tikinti tullantıları ilə doldurulması bu problemi həll etmir. Əksinə, qurudulmuş göllərin üzərində tikilən evlərdə insanlar yaşayacaq və onlar da Lökbatandakı satıcılar və alıcılar kimi ciddi xəstəliklərə düçar ola bilərlər”- deyə, fond rəhbəri bildirib.