BAKI, 21 sentyabr – «Xəbərlər - Azərbaycan», Mürtəza Bünyadlı. «Alternativ xidmət haqqında» qanun layihəsi hazırdır və parlament onu payız sessiyasında müzakirə edə bilər. Bu barədə cümə günü jurnalistlərlə söhbətində Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Onun sözlərinə görə, Venetsiya komissiyasının bu qanun layihəsinə əlavələri olub və onlar artıq öz tövsiyələrini veriblər. Qanun layihəsi barədə Qafqaz müsəlmanları idarəsi, hərbi komissarlıqlar və Dini qurumlarla iş üzrə Dövlət Komitəsi də fikirlərini bildiriblər. Artıq qanun layihəsini müzakirəyə çıxarmaq olar»- deyə, Əsgərov bildirib.

