BAKI, 3 oktyabr – «Xəbərlər-Azərbaycan», Pərvanə Məmmədova. Cari ildə Azərbaycanda 81 nəfər qaçqın statusu alıb. Bu barədə çərşənbə günü keçirilmiş «Azərbaycanda qaçqın və miqrantlar: real vəziyyət və problemlər» mövzusunda dəyirmi masada Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sənan Hüseynov məlumat verib.
«Qaçqınların statusunun müəyyən olunmasına dair departamentə 1128 ərizə daxil olub (671 ailə). Bu ərizələr baxılaraq 58 ailə və ya 81 nəfər qaçqın statusu alıb. 34 ərizə hələ ki, nəzərdən keçirilir. Departamentə müraciət etmiş 48 nəfər isə sadəcə olaraq müsahibəyə gəlməyiblər»,- deyə o bildirib.
Hüseynov onu da əlavə edib ki, bu gün Azərbaycanda 50 min məshəti türkü Dağlıq Qarabağ qaçqınlarının istifadə etdiyi imtiyazlardan istifadə edir.
