pyc  |  aze
Xəbərlər-Azerbaycan
17:43
10/09/2010
 
Cəmiyyət
Qarabağın azad edilməsinə yol İraqın, Əfqanıstanın və Qüdsün azadılığndan keçir – Azərbaycan İslam Partiyası
16:32|05/ 10/ 2007

BAKI, 5 oktyabr - "Xəbərlər-Azərbaycan", Kamal Əli. Bu gün dünyanın İslam ictimaiyyəti Qüds gününü – Fələstin torpaqlarında İsrail təcavüzü gününü qeyd edir. Oktyabrın 5-də dünya müsəlmanları beynəlxalq sionizmi cəzalandırmaq və işğal olunmuş ərəb torpaqlarını azad etmək tələbi ilə aksiyalar keçirir.

Azərbaycan İslam Partiyası bu gün jurnalistlərlə və ölkənin məşhur islamçıları ilə görüş keçirib. Görüşdə Fələstinin işğalının beynəlxalq əhəmiyyəti və bunun Azərbaycana təsiri müzakirə olunub.

Təbdbir iştirakçılarının sözlərinə görə, dünya ictimaiyyətinin yurd yuvalarından qovulmuş 5 milyon fələstinlinin hüquqlarına etinasız yanaşması dünyanın vətənini itirmiş azərbaycanlılara da eyni münasibətdə olmasını sübut edir.

İslam partiyasının fəallarının fikrincə, 1 milyonluq Azərbaycan qaçqınları dünya sionizminin və ABŞ-ın qurbanlarıdır. Çünki onlar hər şey edirlər ki, Azərbaycan hökuməti Qarabağı unutsun. «ABŞ Qarabağa pulla kömək edir. Dağlıq Qarabağın ABŞ-da nümayəndəliyi var. ABŞ eyni zamanda Azərbaycana öz torpağı uğrunda müharibəyə başlamağa imkan vermir»,- deyə tədbir iştirakçıları bildiriblər.

 

«Qarabağın azad edlilməsi yolu İraqın, Əfqanıstanın və Qüdsün azadlığından keçir. Bu o deməkdir ki, erməni təcavüzkarlarının Azərbaycan torpaqlarından qovulması bütün dünya müsəlmanlarının həmrəyliyindən keçir»,- deyə tədbir iştirakçıları bildiriblər.