BAKI, 12 noyabr - "Xəbərlər-Azərbaycan". Rusiyada 2010-cu il üçün əcnəbi işçi qüvvəsinə olan ilkin kvotanı 2009-cu ildəkinə nisbətən iki dəfə azaltmaq nəzərdə tutulub. RİA Novtsti agentliyinin məlumatına görə, bu barədə jurnalistlərlə söhbətində Rusiya səhiyyə və sosial inkişaf nazirinin müavini Maksim Topilin bildirib.
Nazir müavini qeyd edib ki, kvotanın ilkin olaraq 4 milyon nəfər nəzərdə tutulmasına baxmayaraq, yazda bu rəqəm iki dəfə azaldılaraq 2 milyona endirilib.
«Böhran şəraitində bir çox rusiyalı təcili işə düzəlməyə ehtiyacı vardı. 2010-cu ildə kvota 1,9 milyon nəfər olacaq", - deyə Topilin vurğulayıb.
Nazirlik rəsmisinin sözlərinə görə, ölkənin regionlarından 2010-cu il üçün kvota sifarişi 1,3 milyon nəfər təşkil edir.
«Nazirlik isə bu rəqəmin üzərinə öz ehtiyatını, yəni formalaşdırmaq hüququ olduğu 30%-i əlavə edib. Lakin kvotanın artımı regionların sifarişindən 50%-dən artıq ola bilməz», deyə Topilin bildirib.

