BAKI, 2 dekabr – «Xəbərlər-Azərbaycan». Azərbaycanda əhalinin pul gəlirləri bu ilin 10 ayı ərzində 18 milyard manat təşkil edib. Bu, ötən ilin analoji dövründəkindən 7,8 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ilin 10 ayında əhalinin gəlirləri 16,5 milyard manat olub. Bu dövrdə ümumi daxili məhsulun istehsalı 34,4 milyard manat təşkil edib. Yəni əhalinin gəlirləri ümumi daxili məhsulun 48 faizi qədər olub.

