BAKI, 10 dekabr – «Xəbərlər-Azərbaycan». Uzun zamandan bəri Türkiyə cəmiyyətində və siyasi dairələrdə müzakirə mövzusu olan “hərbi çevriliş təhlükəsi” yaradan problem aradan qaldırılıb. Quru Qüvvələri Komandanlığının (QQQ) Nizamnaməsində əksini tapan “Cümhuriyyəti qoruma” maddəsi artıq QQQ-nin rəsmi internet səhifəsindən çıxarılıb.
İndiyədək QQQ-nin rəsmi saytında “Əsas mövzular” başlığı altında yer alan bu maddə (“Cumhuriyyəti koruma ve kollama”) ölkədə növbəti hərbi çevriliş iddialarını gücləndirirdi. Maddədə qeyd olunurdu ki, QQQ-nin vəzifəsi Türk yurdunun və Konstitusiya ilə müəyyənləşdirilmiş Türkiyə Cümhuriyyətinin qorunması və müdafiə olunması ilə bağlı xidmətləri yerinə yetirməkdir.
Artıq bu vəzifələrin əks olunduğu bölüm tamamilə rəsmi saytdan çıxarılıb və onun yerini sadəcə “Tarixçə”, “Sülhü dəstəkləmə hərəkatı” və “Rütbə və İşarələr” bölümləri alıb.

