BAKI, 23 dekabr – «Xəbərlər-Azərbaycan». Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı seçicilərə müraciət edib.
Seçicilərə müraciətində MSK sədri seçiciləri fəal olmağa, istədikləri namizədlərə səs verməyə çağırıb:
«Arzu edirəm ki, bütün seçicilər Azərbaycanda keçirilən bu seçkilərə öz münasibətlərini bildirsinlər, səsvermə hüququndan yararlansınlar və birbaşa öz həyatlarına təsir edəcək yerli özünüidarəetmə orqanlarının formalaşmasında yaxından iştirak etsinlər», - deyə Pənahov bildirib.
Bələdiyyə seçkilərinin hazırlıq mərhələlərindən danışan M. Pənahov bildirib ki, seçki komissiyalarının bütün fəaliyyəti müşahidəçilərin gözü qarşısında olub. O, səsverməni 50 mindən artıq müşahidəçinin izləyəcəyini də diqqətə çatdırıb.

