pyc  |  aze
Xəbərlər-Azerbaycan
17:41
10/09/2010
 
Война. Cəmiyyət
Ermənistan və Gürcüstan arasında yeni münaqişə yetişir
11:12|23/ 12/ 2009

BAKI, 23 dekabr – «Xəbərlər-Azərbaycan». Ermənistan və Gürcüstan yeni münaqişə ərəfəsindədirlər. Maraqlıdır ki, bu dəfə Cavax mübahisələrinə daha biri əlavə olunub. Ermənilər indi də Kutaisidə Böyük Vətən Müharibəsində qəhrəmancasına döyüşən əsgərlərin xatirəsinə ucaldılmış abidənin partladılmasından narahatlıq keçirirlər. Abidənin partladılması mövzusunda keçirilən Moskva-İrəvan-Tiflis videokörpüsü zamanı erməni ekspertlərin verdiyi bəyanatlar da bunu deməyə əsas verir.

Ermənistandakı Milli Neomühafizəkarlar Hərəkatının sədri Eduard Abramyan bildirib ki, abidənin partladılması Ermənistan ictimaiyyətini şoka salıb. Amma erməni ekspert deyir ki, bu hadisə ermənilər üçün gözlənilməz olmayıb: “Ermənistan 20 ildir ki, oxşar problemlə üzləşir. Gürcüstanda qeyri-gürcü tarixi mədəniyyət abidələri, o cümlədən erməni kilsə və məzarlıqları özününküləşdirilir və ya məhv edilir”.

Eduard Abramyan da Cənubi Qafqaz bölgəsində yeni münaqişənin yetişməkdə olduğunu etiraf edib. Amma o bunun məsuliyyətini rəsmi Tiflisin üzərinə atmağa çalışıb. Neomühafizəkar siyasətçinin fikrincə, Gürcüstan hakimiyyətinin millətçilik siyasəti qonşularla yeni münaqişələrə səbəb ola bilər. Onun sözlərinə görə, Gürcüstan ictimaiyyəti rəsmi Tiflisin siyasətinin fəlakətə apardığını anlamalıdır: “Çünki müharibələrdə şəxsən Saakaşvilinin özü yox, cəmiyyət döyüşəcək”.

www.anspress.com