pyc  |  aze
Xəbərlər-Azerbaycan
17:48
10/09/2010
 
Выборы. Cəmiyyət
Saat 10.00-a olan məlumata görə, bələdiyyə seçkiərində seçicilərin 8, 77%-i səs verib
11:35|23/ 12/ 2009

BAKI, 23 dekabr – «Xəbərlər-Azərbaycan». Bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkisində artıq seçicilərin 8.77 faizi iştirak edib. Bu barədə MSK-nın «Seçkilər» İnformasiya Mərkəzinin rəhbəri Ramin Hüseynov məlumat verib. Onun sözlərinə görə, saat 10.00-a qədər 402 min 728 seçici seçki məntəqələrinə gəlib. Bələdiyyə seçkisi ilə bağlı seçici siyahılarında 4 milyon 588 min 728 seçicinin adı var.

Bələdiyyə seçkisi saat 8.00-da başlaylb. Səsvermə 19.00-dək davam edəcək. Bələdiyyə seçkisi 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçirilir. 1718 bələdiyyə üzrə 15 682 nəfər bələdiyyə üzvü seçilməlidir. 31 minə yaxın bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd var. 16 siyasi partiya rəsmi olaraq seçki marafonuna qatılıb.

Qeydə alınmış namizədlərin 16 755-i siyasi partiyalar, 147 nəfəri təşəbbüs qrupları tərəfindən, 14 073 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Namizədlərdən 319 nəfəri siyasi mənsubiyyətini göstərməmiş, 11147-si bitərəfləri, digər namizədlər isə 29 siyasi partiyanı əhatə edirlər. Namizədlərdən 6108 nəfərini qadınlar təşkil edir. 15 773 namizəd ali təhsillidir.

Seçkiləri 50 minə yaxın müşahidəçi izləyir və onlardan 54-ü beynəlxalq müşahidəçidir. Beynəlxalq müşahidəçilər 13 beynəlxalq təşkilatı və 18 ölkəni təmsil edirlər. KİV-lərin səsvermə günü seçki məntəqələrindən məlumat alması üçün akkreditasiya tələb olunmur.

Səsvermənin şəffaflığını təmin etmək məqsədilə 500 seçki məntəqəsində veb-kamera quraşdırılıb. İstənilən şəxs MSK-nın internet səhifələrinə(www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) daxil olaraq, həmin məntəqələrdə səsvermə prosesini fasiləsiz izləyə biləcək.

Xatırladaq ki, bu günkü bələdiyyə seçkisi Azərbaycan Respublikasında keçirilən ölkəmiqyaslı üçüncü bələdiyyə seçkisidir. İlk bələdiyyə seçkisi 1999-cu ildə, ikincisi isə 2004-cü ildə keçirilib.