pyc  |  aze
Xəbərlər-Azerbaycan
17:47
11/03/2010
 
Владимир Путин. Cəmiyyət
Rusiya 2010-cu ildə əmək miqrantlarına dair kvotanı azalmalıdır - Putin
12:14|25/ 12/ 2009

BAKI, 24 dekabr - "Xəbərlər-Azərbaycan". Rusiyanın baş naziri Vladimir Putin 2010-cu ildə əmək miqrantlarına dair kvotanı azaldılmasını dəstəkləyib. RİA Novosti agentliyinin məlumatına görə, bu barədə baş nazir Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının rəhbəri Mixail Şmakovla görüşdə bildirib.

"Biz 2010-cu ildə əcnəbi işçi qüvvəsinin cəlb olunması məsələsini bir daha nəzərdən keçirməliyik. Təəssüf ki, biz kvotanı bir qədər də azaltmalıyıq. Optimal parametrləri nəzərdən keçirərik", - deyə Putin bildirib.

Şmakov görüşdə kvotanın iki dəfə azaldılmasını təklif edib.

Hökumət başçısı xatırladıb ki, 2009-cu ildə əcnəbi işçi qüvvəsinin cəlb olunması əvvəlki illə müqayisədə iki dəfə azalıb.

İlkin olaraq, 2009-cu il üçün kvota 3,9 milyon nəfər həcmində müəyyən olunmuşdu. Lakin, iqtisadi böhran və daxili əmək bazarında iş yerlərinin defisiti üzündən kvota azaldılıb.

"Burada ən azı iki problem var. Birincisi, MDB ölkələri vətəndaşları Rusiyaya vizasız daxil olurlar. Burada inzibati məsələlər vardır: kimsə ölkəyə qohumlarını ziyarət etmək üçün, kimsə humanitar məqsədlə, kimsə Rusiyada işləmək üçün gəlir. Vəziyyəti nəzarətdə saxlamaq və tənzimləmək asan deyil», deyə baş nazir bildirib və onu da qeyd edib ki, ümumilikdə sistem işə salınıb.

"Sizə işəgötürənlərin mövqeyi məlumdur. Onlar bildirirlər ki, bir çox hallarda hətta iş yerini itirdikdə belə, əcnəbi işçilərin məmnuniyyətlə razılaşdıqları iş yerlərində işləməyə razı olmurlar. Bizim vətəndaşlarımız imtina edir", - deyə Putin bildirib.

Görüşdən sonra RMHİF sədri bildirib ki, əcnəbi işçilərə dair kvotanın 1,3 milyon nəfərə qədər aşağı salınması barədə qərar qəbul olunub.

Xatırladaq ki, əvvəldən 2010-cu il üçün kvotanın 1 milyon 944,356 min nəfər həcmində müəyyən olunmuşdu.

Səhiyyə və sosial inkişaf nazirinin müavini Maksim Topilin br müddət əvvəl jurnalistlərlə söhbətində bildirib ki, 2010-cu ildə regionların əcnəbi işçi qüvvəsinə ehtiyacı 1,3 milyon nəfərdir.