BAKI, 28 dekabr – «Xəbərlər-Azərbaycan». Gələn ilin yanvar ayında Bakı şəhəri üçün aktual olan yeni tikilmiş çoxmərtəbəli yaşayış binalarının qazla təchizatı məsələsinin həllinə başlanacaq. Nazirlər Kabinetindəki mənbənin «Xəbərlər-Azərbaycan»a verdiyi məlumata görə, hökumət yeni tikilmiş binaların dövlət tərəfindən qəbulu probleminin birdəfəlik həlli üzərində iş aparır. Binaların qazla təchizatı yalnız dövlət tərəfindən qəbul olunduqdan sonra mümkündür.
İndiyə qədər çoxmərtəbəli binalara qaz verilmir, mənzillər elektrik enerjisi ildə qızdırılır.
Mənbənin sözlərinə görə, hökumət 146 yeni tikilmiş bina üzrə qərar qəbul edəcək.
O da məlumdur ki, binaların dövlət komissiyası tərəfindən qəbulu üçün nəzərdən keçirilməsi üçün qrafik tərtib olunub.
Bütün binalar komissiya tərəfindən 2010-cu ilin fevral ayınadək nəzərdən keçiriləcək və yalnız bundan sonra həmin binalara qaz veriləcək.

