pyc  |  aze
Xəbərlər-Azerbaycan
14:32
8/09/2010
 
Артезианская скважина. Yanacaq-energetika kompleksi
“Günəşli” yatağında fəaliyyətdə olan platformalardan dərin qaz quyuları qazılır
12:46|12/ 10/ 2009

BAKI, 12 oktyabr – «Xəbərlər-Azərbaycan». Bu günlərdə ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasının nəhəng “Azərbaycan” kran gəmisi qazma qurğusu və onun üçün nəzərdə tutulmuş buruqaltı postamenti “Günəşli” yatağındakı 6 saylı platformaya çatdırıb.

Burada belə ağır yükləri quraşdırmaq üçün ixtisaslaşan “General Əliağa Şıxlinski” kran gəmisinin vasitəsi ilə qazma qurğusu və postament “Azərbaycan”ın göyərtəsindən götürülmüş, platformaya aparılaraq, orada quraşdırılmışdır. Bu əməliyyat iki sutka davam etmişdir. “General Əliağa Şıxlinski” kranının köməyi ilə layihə yerində quraşdırılmış qazma dəzgahı işə hazır vəziyyətdədir. Son sazlama işləri aparılır. 18 quyunun qazılması üçün nəzərdə tutulan 6 saylı neftqazçıxarma platforması istismara 1986-cı ilin avqust ayında verilib. Ötən 23 il ərzində nəzərdə tutulmuş bütün quyular qazılmış, 5,1 milyon ton neft, 2,2 milyard kubmetr isə qaz hasil edilmişdir. Hazırda burada istismar olunan 7 quyudan sutkada 240 min kubmetr qaz, 100 ton neft (kondensatla birlikdə) hasil olunur. ARDNŞ-də həyata keçirilən Qaz proqramına uyğun olaraq, bu platformadan daha 3 qaz quyusunun qazılması qərara alınıb. Quyular təxminən 4000 metr dərinliyə qazılmalıdır. Məqsəd indiyədək bu platformada istismar olunmayan, lakin qonşu platformalarda yaxşı nəticələr verən alt horizontlarda yerləşən qazın hasil olunmasıdır. Eyni qərar 1986-cı ildən istismar edilən 10 saylı platforma haqqında da verilib. Orada indiyədək 24 quyu qazılıb, əlavə 3 qaz quyusunun qazılması nəzərdə tutulur. Bu ilin mayında Kompleks Qazma İşləri Tresti artıq həmin platformada 3500 metr dərinliyindəki 61 nömrəli quyunun qazmasına başlayıb. Planlaşdırılır ki, ilin sonunadək quyu istismara verilsin. Beləliklə, ilin axırına kimi “Günəşli” yatağındakı platformalardan daha 5 yeni qaz quyusunun istismara veriləcəyi gözlənilir.

www.socar.az