pyc  |  aze
Xəbərlər-Azerbaycan
17:40
10/09/2010
 
Рейнхард Митчек. Yanacaq-energetika kompleksi
«Nabukko» layihəsi çərçivəsində potensial kreditorlarla danışıqlar aparılır - Reynxard Mitçek
16:40|22/ 10/ 2009

BAKI, 22 oktyabr - «Xəbərlər-Azərbaycan». «Nabukko» layihəsi çərçivəsində Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişay Bankı ilə geniş dialoq başlanıb. Bu barədə «Nabukko» layihəsinin təbliği ilə məşğul olan Action Global Communications Ltd-Azerbaijan şirkətindən məlumat verilib.

«Tezliklə biz Beynəlxalq Maliyyə Korporasiyası ilə də danışıqlara başlayacağıq», deyə Nabucco Gas Pipeline şirkətinin icraçı direktoru Reynxard Mitçek bildirib.

Mitçelin sözlərinə görə, danışıqlarda əsas müzakirə mövzusu layihənin maliyyə paratmetrləridir.

Dialoqun əsas məqsədi maliyyəçilərin qaz kəmərinin sosial və ekoloji təsirləri barədə məlumatlandırmaq, işlərin kreditorların sosial və ekoloji standartlarına uyğun aparılacağına zəmanət verilməsidir.

Qeyd edək ki, dəyəri 7,9 milyard avro həcmində qiymətləndirilən kəmər beynəlxalq maliyyə institutları və kommersiya bankları tərəfindən maliyyələşdirilməsinə ehtiyac var. Fərdi kapital isə konsorsiumun 6 tərəfdaşı tərəfindən təmin olunacaq.

«Ümidvarıq ki, gələn il fərdi kapitalın cəlb olunması imkanları da müəyyənləşəcək», - deyə Mitçell bildirib.

Kreditorların əvvəlcədən cəlb olunması layihə üçün vacibdir. Bu məqsədlə «Nabukko» Avropa ölkələri, ABŞ və Yaponiyanın ixrac kredit təşkilatları ilə əlaqələr qurub.