pyc  |  aze
Xəbərlər-Azerbaycan
14:50
8/09/2010
 
Ильхам Алиев. Yanacaq-energetika kompleksi
İlham Əliyev Sumqayıt Elektrik Stansiyasının açılış mərasimində iştirak edib
12:52|19/ 11/ 2009

BAKI, 19 noyabr – «Xəbərlər-Azərbaycan». Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Elektrik Stansiyasının açılışında iştirak edib. Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, inşaatçılar və energetiklərin iştirak etdiyi tədbirdə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verərək, təməli 2005-ci il avqustun 12-də Prezident İlham Əliyev tərəfindən qoyulmuş 525 meqavatlıq Sumqayıt Elektrik Stansiyası istismara hazır olduğunu bildirib.

Yeni stansiya şəhərin perspektiv sosial-iqtisadi inkişafı nəzərə alınmaqla 1 nömrəli Sumqayıt Elektrik Mərkəzinin ərazisində inşa edilib.

Stansiyanın iş rejimi və avadanlığı ilə yaxından tanış olan Prezident İlham Əliyev energetiklərlə görüşüb, onları təbrik edərək uğurlar arzulayıb.