BAKI, 7 dekabr – «Xəbərlər-Azərbaycan». ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu ilin sentyabr ayında Novorossiysk limanından 238 min 665 ton xam neft ixrac edib.
2009-cu ilin yanvar-noyabr ayları ərzində həmin istiqamətdə 2 milyon 340 min 529 ton xam neft ixrac edilib.
Noyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 76,66 dollara, Ural nefti – 76,32 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 77,52 dollara satılıb.

