pyc  |  aze
Xəbərlər-Azerbaycan
14:20
8/09/2010
 
Борис Климчук - посол Украины. онлайн-новости
Ukrayna Azərbaycan peykini kosmosa yola salmağa hazırdır – Boris Klimçuk
15:04|24/ 06/ 2009

BAKI, 24 iyun - «Xəbərlər-Azərbaycan». Ukrayna tərəfi Azərbaycanın rabitə peyki bu ölkəyə məxsus raket daşıyıcısında kosmosa çıxarılacağına ümidvardır. Belə bir bəyanatla Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk çıxış edib.

İyunun 21-dən 22-nə keçən gecə Qazaxıstanın Baykonur kosmodromundan «Measat 3a» telekommunikasiya peyki orbitə buraxılıb. «Measat 3a» peyki ABŞ-ın «Orbital» şirkətinin sifarişi ilə işlənilib hazırlanıb. «Measat 3a» peyki orbitə Ukraynanın «Zenit 3SLB» raket daşıyıcısı ilə çıxarılıb. Kosmik texnologiyalar üzrə amerikalı ekspertlərin fikrincə, dünyada ən etibarlı raket daşıyıcıları bu kateqoriyaya aiddir. «Orbital» şirkətinin öz yeni «Taurus II» raket daşıyıcısının tikintisi üçün bünövrə kimi məhz Ukraynanın «Zenit 3SLB» raket daşıyıcısının seçməsi də bunu təsdiqləyir.

“Ukrayna kosmik agentliyi Azərbaycan tərəfinə peykin buraxılışı ilə bağlı əməkdaşlıq təklifini təqdim edib. Biz Azərbaycanla Kosmik sahədə əməkdaşlıq etməyə hazırıq», deyə səfir vurğulayıb.

Xatırladaq ki, Azərbaycanla Ukrayna arasında kosmosun sülh məqsədləri ilə istifadəsinə dair müqavilə imzalanıb.