pyc
|
aze
Axtarış
04:39
12
/
03
/2010
Yanvar
Fevral
Маrt
2006
2007
2008
2009
2010
BE
ÇA
Ç
CA
C
Ş
В
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
Azərbaycan xəbərləri
MDB xəbərləri
Dünya xəbərləri
Azərbaycanın bölgələri
Dağlıq Qarabağ
Siyasət
İqtisadiyyat
Yanacaq-energetika kompleksi
Beynəlxalq əməkdaşlıq
Müdafiə və təhlükəsizlik
Münaqişələr və danışıqlar
Cəmiyyət
Elm və texnologiyalar
Mədəniyyət və turizm
Hadisələr
İdman
Arayışlar
Anonslar
Analitika
Eksklüziv
Arxiv
Forum
Siyasət
Azərbaycan və Türkiyə arasında viza protokolu imzalanmadı
18:18
25/12/2009
Hər iki ölkədən vətəndaşların o biri ölkəyə səfəri zamanı viza alınması zərurəti davam edir. Viza almaqla Azərbaycan vətəndaşları Türkiyədə, Türkiyə vətəndaşları da Azərbaycanda bir ay qala biləcək. Daha uzunmüddətli səfərlər üçün hər iki ölkədən ayrıca icazə alınması tələb olunur
Səfər Əbiyev İran səfirini qəbul edib
12:58
25/12/2009
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Azərbaycan prezidenti hamını müharibəyə hazır olmağa çağırdı
11:18
25/12/2009
“Azərbaycan ordusu və Azərbaycan cəmiyyəti torpaqlarımızın istənilən yolla azad edilməsinə hazır olmalıdır”
Ankarada Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğvi məsələsi müzakirə olunacaq
10:50
25/12/2009
Azərbaycanın xarici işlər naziri Ankarada səfərdədir. XİN rəhbəri Türkiyəli həmkarı Əhməd Davudoğlu, baş nazir Rəcəb Tayyip Ərdoğan və Türkiyə prezidenti Abdulla Güllə görüşəcək. Görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə olunacaq
"İnter" telekanalının Dağlıq Qarabağ münaqişəsinə qərəzli mövqeyi bu kanalın şəxsi mövqeyidir – Boris Klimçuk
13:15
24/12/2009
«İnter telekanalı doğrudan da səhvə yol verib. Bu birmənalıdır. Biz bu səhvə görə üzr istəyirik. Lakin bu, Ukraynanın mövqeyi deyil. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyirik»
Seçicilərin 31.86 faizi səsvermədə iştirak edib
21:29
23/12/2009
Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələri məlumdur. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mediaya açıqlamasında səsverməyə 1 milyon 462 min 74 nəfərin - seçicilərin 31,86 faizi qatıldığını söyləyib. O deyib ki, 439 bələdiyyəyə seçilmiş namizədlərin adları məlumdur, dekabrın 24-də isə bütün bələdiyyələr üzrə rəqəmlər bilinəcək
Saat 15.00-a olan məlumata görə, seçicilərin təqribən dörddə biri səs verib
16:57
23/12/2009
Bələdiyyə seçkisi saat 8.00-da başlaylb. Səsvermə 19.00-dək davam edəcək. Bələdiyyə seçkisi 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçirilir. 1718 bələdiyyə üzrə 15 682 nəfər bələdiyyə üzvü seçilməlidir. 31 minə yaxın bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd var. 16 siyasi partiya rəsmi olaraq seçki marafonuna qatılıb
Saat 12.00-dək seçicilərin təqribən 17%-i səs verib
13:35
23/12/2009
Qeydə alınmış namizədlərin 16 755-i siyasi partiyalar, 147 nəfəri təşəbbüs qrupları tərəfindən, 14 073 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Namizədlərdən 319 nəfəri siyasi mənsubəyyətini göstərməmiş, 11147-si bitərəfləri, digər namizədlər isə 29 siyasi partiyanı əhatə edirlər. Namizədlərdən 6108 nəfərini qadınlar təşkil edir
İlham Əliyev səsvermədə iştirak edib
12:28
23/12/2009
Dövlət başçısı 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsinə gələrək, səsvermə hüququndan istifadə edib
Ombudsman 80-dək məhbusun əfv olunması xahişi ilə prezidentə müraciət edib
12:28
23/12/2009
Bu günədək ümumilikdə 300-ə yaxın məhkum, o cümlədən yetkinlik yaşına çatmayan, qadın, xəstə, ahıl məhkumlar əfv edilərək azadlığa buraxılıb, ailələrinə qovuşub və sağlam həyat tərzinə qayıdıb
Saat 10.00-a olan məlumata görə, bələdiyyə seçkiərində seçicilərin 8, 77%-i səs verib
11:35
23/12/2009
Seçki məntəqələrinə 402 min 728 seçici gəlib. Bələdiyyə seçkisi ilə bağlı seçici siyahılarında 4 milyon 588 min 728 seçicinin adı var. Səsvermə 19.00-dək davam edəcək. Bələdiyyə seçkisi 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçirilir. 1718 bələdiyyə üzrə 15 682 nəfər bələdiyyə üzvü seçilməlidir. 31 minə yaxın bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd var. 16 siyasi partiya rəsmi olaraq seçki marafonuna qatılıb
MSK sədri seçiciləri fəal olmağa çağırıb
09:25
23/12/2009
«Arzu edirəm ki, bütün seçicilər Azərbaycanda keçirilən bu seçkilərə öz münasibətlərini bildirsinlər, səsvermə hüququndan yararlansınlar və birbaşa öz həyatlarına təsir edəcək yerli özünüidarəetmə orqanlarının formalaşmasında yaxından iştirak etsinlər»
Azərbaycanda bələdiyyə seçkiləri başlayıb
08:05
23/12/2009
Bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçirilir. 1718 bələdiyyə üzrə 15 682 nəfər bələdiyyə üzvü seçilməlidir. 31 minə yaxın bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd var. 16 siyasi partiya rəsmi olaraq seçki marafonuna qatılıb. Qeydə alınmış namizədlərin 16 755-i siyasi partiyalar, 147 nəfəri təşəbbüs qrupları tərəfindən, 14 073 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Namizədlərdən 319 nəfəri siyasi mənsubiyyətini göstərməmiş, 11147-si bitərəfləri, digər namizədlər isə 29 siyasi partiyanı əhatə edirlər. Namizədlərdən 6108 nəfərini qadınlar təşkil edir. 15 773 namizəd ali təhsillidir. Vahid seçicilər siyahısında 4 milyon 600 minə yaxın seçicinin adı var
Sarı jiletlər polislərin jurnalistlərə etimadsızlığının əlamətidir
15:03
22/12/2009
«Cəmiyyətdə hüquq-mühafizə orqanlarının işi barədə məlumatlandırmanın azlığı hiss olunur və bu, Daxili İşlər Nazirliyinin (DİN) ictimaiyyətinin tələbatı olan məlumatları jurnalistlərə verməməsi ilə bağlıdır»
Cənubi Qafqaz regionunda Rusiyanın Azərbaycandan yaxşı strateji tərəfdaşı yoxdur – Svetlana Orlova
11:02
22/12/2009
«Ölkələrimiz arasında münasibətləri çox yüksək qiymətləndirirəm»
Venetsiya Komissiyasının iclasında Azərbaycandan bir sıra qanun layihələri müzakirəyə çıxarılıb
13:14
14/12/2009
Avropa Şurasının rəsmi saytında yerləşdirilmiş məlumata görə, bu qanunlar bələdiyyələrin statusu və məhkəmələrin fəaliyyəti ilə bağlı informasiyanın əldə olunmasına dair qanun layihələridir
ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı ayırması haqsızlıq və ədalətsizlikdir - Əli Əhmədov
11:40
14/12/2009
«Biz bu hadisəni qətiyyətlə pisləyirik. Bu cür dəstəklər və yanaşmalar olanda münaqişənin ədalətli şəkildə həll olunması prosesi ciddi şəkildə çətinləşir»
Bu gün Elmar Məmmədyarov İrana səfərə gedəcək
10:34
14/12/2009
Səfər çərçivəsində Məmmədyarovun İran prezidenti Mahmud Əhmədinejad, iranlı həmkarı Manuçöhr Mottəki, İran parlamentinin sədri Ali Laricani və bu ölkənin Milli təhlükəsizlik üzrə Ali şurasının baş katibi Səid Cəlili ilə görüşləri nəzərdə tutulub
Qarabağ münaqişəsinin həllinə Ermənistan-Türkiyə normallaşmasına aparan yol kimi baxmırıq - Filipp Qordon
13:05
10/12/2009
“Bu məsələ ona görə vacib deyil ki, biz bu münaqişənin həllini Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına aparan yol kimi baxırıq. Bu münaqişə ona görə vacibdir ki, onun həlli regiondakı stabillik və sülhə böyük töhfə verə bilər. Bundan isə həm Ermənistan, həm də Azərbaycan qazanar"
İrəvan-Ankara yaxınlaşması heç kəsə qarşı deyil – Dmitri Medvedev
16:23
09/12/2009
“Digər ölkələr, əsasən də Ermənistan və Türkiyəyə həmsərhəd bütün ölkələr Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasının – kiməsə qarşı olmamasını başa düşməlidirlər. Əgər bu mesaj düzgün formada düzəldilsə və yayılsa, bu prosesi diqqətlə izləyən digər ölkələr də gərgin olmaz”