BAKI, 19 noyabr – «Xəbərlər-Azərbaycan». Azərbaycan NATO üçün vacib ölkədir, lakin bu qurumla əməkdaşlıq respublikanın təhlükəsizliyinə zəmanət vermir. Belə bir açıqlama ilə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov çıxış edib.
«Azərbaycan da, digər tərəfdaş ölkələr kimi NATO üçün ümumi Avro-atlantik məkanının təhlükəsizlik arxitekturası baxımından zəruridir. Axı, hazırda Azərbaycanın sərhədləri – Avropanın sərhədləridir», - deyə Əzimov Bakıda işinə başlamış «NATO-nun yeni strateji konsepsiyası: tərəfdaşların töhfəsi və müzakirələr» adlı beynəlxalq konfransda bildirib və onu da əlavə edib ki, Azərbaycan kimi ölkələrin təhlükəsizliyi sual altındadır.
Nazir müavininin sözlərinə görə, NATO çərçivəsində qərarların konsensus əsasında qəbul olunması mexanizminin səmərəliliyi artıq heçə enir və bu alyans daxilində parçalanmaya gətirə bilər.

