BAKI, 4 oktyabr – «Xəbərlər-Azərbaycan», Rasim Babayev. 14 min 684 Azərbaycan vətəndaşı Moskvada işləmək üçün rəsmi icazə alıb. Bu barədə cümə axşamı Bakıda keçirilmiş mətbuat konfransında Moskva merinin birinci müavini Lüdmila Şvetsova məlumat verib.
Onun sözlərinə görə, Rusiya paytaxtında rəsmi işləmək üçün yaranmış imkandan yalnız 2838 Azərbaycan vətəndaşı istifadə edib.
«Moskva hökuməti tərəfindən həyata keçirilən yeni miqrasiya siyasəti nəticəsində hazırda milyona yaxın insan bu şəhərdə işləmək üçün icazə alıb»- deyə, Şvetsova əlavə edib.

