BAKI, 29 sentyabr – «Xəbərlər-Azərbaycan». Şahmat üzrə dünya çempionları Harri Kasparov və Anatoli Karpov ilin sonuna kimi yenidən qarşılaşa bilər.
Bu barədə «Azadlıq» radiosu Rusiyada nəşr olunan «New times» jurnalına istinadən məlumat verib.
Qarşılaşmalar noyabrın 25-də Moskvada, dekabrın 11-i isə Parisdə başlamalıdır. Lakin Moskva matçı hələlik sual altındadır. Belə ki, müqavilə hələ də imzalanmayıb. Paris matçının isə hətta yeri də məlumdur - Luvr Muzeyi.
Ötən həftə Valensiyada keçirilən ilk matç Harri Kasparovun Anatoli Karpov üzərində 9:3 hesablı qələbəsi ilə başa çatıb.

