pyc  |  aze
Xəbərlər-Azerbaycan
17:29
10/09/2010
 
Шахматный турнир. İdman
Şahmatçılarımız ermənilərlə qarşılaşacaq
13:21|26/ 10/ 2009

BAKI, 26 oktyabr – «Xəbərlər-Azərbaycan». Serbiyanın Novi-Sad şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatı davam edir. İlk görüşlərdə qələbələri sıralayaraq liderlər qrupunda yer alan kişi şahmatçılardan ibarət yığma komandamız bu gün V tur çərçivəsində Gürcüstan şahmatçıları ilə görüşəcək.

FİDE-nin rəsmi saytının verdiyi məlumata görə, reytinqə görə Avropa çempionatında iştirak edən yığmalar arasında 2-ci olan Azərbaycan komandası bu görüşün favoriti sayılır.

Gürcüstan yığmasında ən reytinqli şahmatçı 2696 xala malik Bahadur Jobavadır. Gürcüstan şahmatçısı 1-ci lövhədə 2757 reytinq xalına malik Teymur Rəcəbovla görüşəcək. B lövhəsində Mixail Mişedişvili Vüqar Həşimovla üz-üzə gələcək.

Gürcüstanın kişilərdən ibarət komandası Azərbaycan yığması ilə birlikdə turnir cədvəlinə başçılıq edir. Qızlardan ibarət yığma komandamızı isə bu tur çətin sınaq gözləyir. Qızlarımız bu tur güclü Ermənistan komandası ilə qarşılaşacaqlar. Komandamızın aktivində 3 qələbə və 1 heç-heçə var.

www.anspress.com