pyc  |  aze
Xəbərlər-Azerbaycan
17:31
10/09/2010
 
Алтай. Elm və texnologiyalar
Böyük Qafqaz dağlarında regionda analoqu olmayan Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi açılıb
12:13|22/ 12/ 2009

BAKI, 22 dekabr – «Xəbərlər-Azərbaycan». Böyük Qafqaz dağlarının şimal-şərq yamacında Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin dekabrın 22-də rəsmi açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqatı ilə bağlı Tədbirlər haqqında” Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış kosmleksin açılış mərasimində Nazir Hüseyn Bağırov iştirak edib.

Biomüxtəliflik, geoloji tədqiqatlar, hidrometeoroloji və ətraf mühitin monitorinqi sahələrini əhatə edən Mərkəzin yaradılmasında əsas məqsəd yüksək dağlıq ərazilərin bir ekosistem kimi kompleks öyrənilməsi və həmin ərazilərin meteoroloji, hidroloji rejiminin, xüsusilə də qar örtüyünün, buzlaqların tədqiqi, iqlim dəyişmələri, onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin öyrənilməsidir.

Elm Mərkəzinin fəaliyyət göstərməsi üçün 3000 metrə yaxın yüksəklikdə müvafiq inzibati binalar tikilmiş, çətin və mürəkkəb iqlim şəraitində olduqca əhəmiyyətli tədqiqat işlərinin aparılması məqsədilə işçilər üçün müvafiq infrastruktur yaradılıb.

Elm Mərkəzində, eləcə də Mərkəzdən aralı müxtəlif hündürlüklərdə - Şahdüzü (3000 m) və Kabaş (3500 m) dağ silsilələrində, ən mürəkkəb meteoroloji şəraitdə (güclü külək, aşağı temperatur, qalın qar örtüyü və s.) fasiləsiz fəaliyyət göstərməyə, məlumatların operativ olaraq Milli Hidrometeorologiya Departamentinə ötürməyə imkan verən, dünyanın ən aparıcı texnologiyalarından olan Finlandiyanın Vaysala firmasının istehsal etdiyi avtomatlaşdırılmış meteoroloji stansiyalar quraşdırılıb. Tufandağ (4200 m) və Şahdağ (4280 m) zirvələrində isə bu işlər davam edir.