pyc  |  aze
Xəbərlər-Azerbaycan
18:38
10/09/2010
 
вагиф мустафазаде. Mədəniyyət və turizm
Vaqif Mustafazadənin vəfatından 30 il ötür
10:28|16/ 12/ 2009

BAKI, 16 dekabr – «Xəbərlər-Azərbaycan». Bu gün görkəmli bəstəkarı, pianoçu, Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi Vaqif Mustafazadənin vəfatının 30-cu ildönümüdür. Vaqif Mustafazadə 16 mart 1940-cı il Bakı şəhərində anadan olub. 1963-cü ildə A.Zeynallı adına musiqi texnikumunu bitirib. O, «Leyli» vokal kvartetinin, yeni Caz-Muğam üslubunun yaradıcısıdır. Azərbaycan musiqisinin, muğamın, klassik Amerikan caz musiqisi ilə sintezini yaradan da məhz Azərbaycan Muğam Caz Hərəkatının memarı olan Vaqif Mustafazadədir. Görkəmli bəstəkar Azərbaycan Respublikası əməkdar artisti fəxri adına layiq görülüb. Vəfatından sonra ona Azərbaycan Dövlət Mükafatı laureatı adı verilib.

Xatırladaq ki, Vaqif Mustafazadə 1973-cu ildə Daşkənddə ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.

www.anspress.com