pyc  |  aze
Xəbərlər-Azerbaycan
17:28
10/09/2010
 
Нефтедоллары. şəkil: © РИА Новости. Dünya xəbərləri
Neftin qiyməti 79 dollardan aşağı düşüb
13:55|21/ 10/ 2009

BAKI, 21 oktyabr – «Xəbərlər-Azərbaycan». Bu gün səhər dünya bazarında qara qızılın qiyməti yenidən 79 dollardan aşağı düşüb. SİA-nın məlumatına görə, neftin qiymətinin yenidən azalmasına səbəb dolların möhkəmlənməsi və Amerika Neft İnstitutunun (API) ABŞ-da yanacaq ehtiyatlarının artması barədə hesabatıdır.

Xatırladaq ki, artıq birjalarda dekabr fyuçerslərinin satışına başlanıb. Beləliklə, Nyu-York əmtəə birjası NYMEX-də WTI markalı neftin dekabr fyuçerslərinə olan qiyməti 0,35 dollar və ya 0,4% azalaraq 78,77 dollar olub. London əmtəə birjası ICE Futures-də Brent markalı neftin dekabr fyuçerslərinə olan qiyməti 0,61 dollar və ya 0,8% azalaraq 76,63 dollar olub.

Qeyd edək ki, API-nin hesabatına görə, ABŞ-da yanacaq ehtiyatları ötən həftəyə nisbətən 3,85 milyon barel artaraq 343 milyon barel olub. Bu rəqəm isə son 7 ay ərzində ən yüksək göstəricidir.

www.sia.az