pyc  |  aze
Xəbərlər-Azerbaycan
14:43
8/09/2010
 
хамас, боевики, террористы. Dünya xəbərləri
Kabulda BMT-nin mehmanxanasını ələ keçirmiş yaraqlılar missiyanın üç əməkdaşını qətlə yetiriblər
10:50|28/ 10/ 2009

BAKI, 28 oktyabr - "Xəbərlər-Azərbaycan". Çərşənbə axşamı BMT-nin Əfqanıstanın paytaxtı Kabul şəhərinin mərkəzində yerləşən mehmanxanasını ələ keçirən yaraqlılar missiyanın üç əməkdaşını qətlə yetiriblər.

RİA Novosti agentliyinin məlumatına görə, "Taliban" qruplaşması artıq hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Əfqanıstan polisi öz növbəsində yaraqlıların hücumu nəticəsində yeddi nəfərin həlak olduğunu bildirir.

"Bir neçə terrorçu-kamikadze Kabulda BMT-nin bir neçə əməkdaşını girov götürüblər", - deyə Reyter agentliyi taliblərdən alınan ingilis dilli məktuba istinadən sitat gətirib.