BAKI, 16 dekabr - "Xəbərlər-Azərbaycan". İran hərbçiləri bərk yanacaqlı, iki pilləli «Sacil-2» raketinin uğurlu sınağını həyata keçiriblər.
Reyter agentliyinin İran dövlət televiziyasına istinadən yaydığı məlumata görə, adı çəkilən raketin əvvəlki uğurlu sınağı cari ilin may ayında keçirilib.
Raketin adı "yanmış gil" kimi tərcümə olunur və bu, müqəddəs Qurani-Kərimin Fil surəsində, Allah-ın müsəlmanların düşmənləri üzərinə yanmış gil daşlar yağdırması barədə hekayətlə bağladır.

