BAKI, 24 dekabr – «Xəbərlər-Azərbaycan». Pakistanda terror aktı törədilib. Pişəvar şəhərində baş verən partlayış nəticəsində 4 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.
Hadisə məktəb, bank, hərbi idarə, habelə 2 nəzarət buraxılış məntəqəsinin yerləşdiyi ərazidə baş verib. Bu arada İraqın paytaxtı Bağdadda da növbəti terror aktı törədilib. Əl Maştey rayonundakı məscid yaxınlığında baş verən partlayışda 4 nəfərin həlak olduğu, onlarla insanın yaralandığı bildirilir. Partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

