Talibançılar Pakistanda 3 məktəbi partladıb
15:52|25/ 12/ 2009

BAKI, 25 dekabr – «Xəbərlər-Azərbaycan». Taliban silahlıları Pakistanın şimal-qərbində 3 məktəbi partladıb. Partladılan 2 məktəb bir birindən 1,5 kilometr məsafədə yerləşir. Üçüncü partlayış isə Pişəvərdəki məktəbdə törədilib.

Partlayışların sübh saatlarında baş verməsi səbəbindən heç kəs xəsarət almayıb. Lakin məktəb binalarına maddi ziyan dəyib.

Ölkə rəhbərliyi partlayışların Əfqanıstanla sərhəddə həyata keçirilən antiterror əməliyyatlarına cavab olaraq törədildiyini açıqlayıb.

www.aztv.az