pyc  |  aze
Xəbərlər-Azerbaycan
17:46
11/03/2010
 
Демонстрации в Иране. Dünya xəbərləri
İranın keçmiş xarici işlər naziri həbs edilib
12:37|28/ 12/ 2009

BAKI, 28 dekabr – «Xəbərlər-Azərbaycan». İranda polislə aksiya iştirakçıları arasında baş verən qarşıdurmalarda səkkiz nəfər həlak olub. Bu barədə İranın dövlət televiziyası məlumat verib. Qeyd edək ki, bundan əvvəl 5 nəfərin öldüyü bildirilirdi.

İranın müxalifət saytlarından birinin yaydığı məlumata görə, siyasətçi İbrahim Yəzdi həbs edilib. Yəzdi əvvəl İranın xarici işlər naziri olub, hazırda isə qadağan olunmuş “Azadlıq uğrunda hərəkat"a rəhbərlik edir.

Dünən İran polisi nümayiş iştirakçılarına qarşı silahdan istifadə edib. İran hökuməti isə öz növbəsində bunu təkzib edir. Tehranda baş verən qarşıdurma zamanı müxalifət liderlərindən biri olan Mirhüseyn Musəvinin qardaşı oğlu həlak olub. 20 yaşlı Əli Musəvi təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən toqquşma zamanı həlak olub.

www.anspress.com